Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Vurğulanıb ki, bu həftədən prosesə başlanılıb.
Qeyd edək ki, iyunun 14-ü 2024/2025-ci tədris ili yekunlaşır.