Məktəblərdə dərsliklərin təhvil alınmasına başlanılıb

10.06.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Vurğulanıb ki, bu həftədən prosesə başlanılıb.

Qeyd edək ki, iyunun 14-ü 2024/2025-ci tədris ili yekunlaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью