Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Biz dərslikləri elektron formada təqdim etməyi planlaşdırırıqsa, mütləq orta ümumtəhsil məktəblərində elektron lövhələr olmalıdır. Əks təqdirdə, elektron dərsliklərin effektivliyi kifayət qədər yüksək olmayacaq".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev elektron dərsliklərin tətbiqi halında məktəblərdəki dəyişikliklərdən bəhs edərkən bildirdi.
Onun fikrincə, əgər bu sistemi həyata keçirmək istəyiriksə, orta ümumtəhsil məktəbləri mütləq maddi-texniki baxımdan tam təmin olunmalıdır.
"İlk növbədə, bütün məktəblərə elektron lövhələr quraşdırılmalı, internet resursları tam şəkildə təmin edilməli və şagirdlərə planşetlər təqdim olunmalıdır. Yalnız bundan sonra biz bu sistemə keçid edə bilərik. Bu sadaladıqlarım isə çox çətin prosedurlar deyil. Əslində, həyata keçirilməsi mümkündür. Əgər bir tədris ili ərzində orta ümumtəhsil məktəblərinin dərsliklərinə ayırdığımız vəsaiti bu sahəyə yönəltsək, bütün bu məsələləri həll etmək mümkündür".
Xədicə BAXIŞLI