Məktəblərdə Futbol Dərsi layihəsi davam edir

15.02.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

AFFA-nın dəstəyi ilə keçirilən UEFA-nın “HatTrick” proqramı çərçivəsində “Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir.

Sportal.az xəbər verir ki, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Ziya Səfərov bu gün Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 137 nömrəli tam orta məktəbdə olublar. AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.

Qeyd edək ki, layihə ölkəmizdə 70-dən cox məktəbdə həyata keçirilir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью