Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10.10.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

"Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimin təmin olunması və məktəbə aidliyin qorunmasıdır. Pepperoni pizza

Məktəb tək təhsil deyil, həm də tərbiyə müəssisəsidir. Burada müəllim öz şagirdi üçün nümunə olmalıdır və özünün fəaliyyəti və davranışında bunu əks etdirməlidir",- deyə deputat qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью