Məktəblərdə giriş çıxışa nəzarət platforması hazırlanacaq

13.10.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “B2B Group” MMC (VÖEN – 1005873041) olub.
Yeniavaz.com
xəbər verir ki, Elm və Təhsil Nazirliyi təhsil sistemində səmərəliliyin artırılması üçün süni intellektin (AI) tətbiqi xidmətlərinin satın alınmasına görə “B2B Group” MMC-yə 1 milyon 274 min 400 manat ödəyəcək.
Qeyd edək ki, satın alınacaq xidmətlər arasında təhsil müəssisələri üçün AI əsaslı davamiyyətə və giriş-çıxışa nəzarət platformasının hazırlanması da olacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 000 manat olan “B2B Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabəyov (Rəsulzadə qəsəbəsi), ev 91 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью