Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Psixoloji zorakılıq yalnız müəllim tərəfindən şagirdinə qarşı edilən neqativ hərəkət dey
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.
O bildirib ki, istənilən şəxslər arasında psixoloji zorakılıq ola bilər: "Məktəbdən kənar da uşaqlar, hətta böyüklər də psixoloji zorakılığa məruz qala bilər.
Psixoloji zorakılığın harada və kimlər arasında olmasından asılı olmayaraq hüquqi cəzası mövcuddur.
Müəllimin şagirdə qarşı etdiyi kinayə, istehza, rişxənd, şəxsiyyətin alçaldılması kimi psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur.
Çoxsaylı alimlərin araşdırmaları göstərib ki, müəllimlərin zorakılıq hərəkətlərinə məruz qalan ibtidai sinif şagirdləri bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur.
Belə zorakılıq uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və s.
Zorakılığın mənbəyini sevmək, sahiblənmək, qorumağın ("Sənin yaxşılığını istədiyim üçün bunu edirəm", "Səni sevirəm ona görə") əksinə olaraq, güc və nəzarət etmə istəyi təşkil edir.