Məktəblərdə pul yığmağı təşkil edən valideynlərdir Ekspert | Icma.az
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Orta məktəblərdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə pul yığanlar ilk olaraq valideynlərdir.
Çünki həmin valideynlərin məqsədi uşaqlarının sinifdə digər şagirdlərdən daha öndə olmasına şərait yaratmaqdır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
Ekspert hesab edir ki, bu prosesi dayandıra biləcək güc isə müəllim və məktəb rəhbərləridir: "Elə bir mexanizm yoxdur ki, məktəblərdə hansı müəllimin pul, hədiyyə istədiyini, "WhatsApp" qruplarında nələrin baş verdiyini müəyyənləşdirə bilsin.
Bütün məktəblərə nəzarət mümkün deyil. Ona görə də hansı müəllim yaxşıdır, hansı müəllim pisdir, hansı müəllim hədiyyəni şəxsi maraqlarına g
kimi siyahıların tutulması çətindir. Buna görə təhsili idarə edən qurumlar tərəfindən ümumi şəkildə təlimatın göndərilməsinə ehtiyac var idi
Amma bu o demək deyil ki, qurumlar hansısa müəllimə ürəkdən gələn bir hədiyyənin verilməsinə qarşıdılar.
Tam oxu
Xəbəri oxu