Məktəblərdə qış tətili başa çatır

30.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 31-i ümumi təhsil müəssisələrində qış tətilinin son günüdür.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən 31-dək olan dövrü əhatə edir.

Beş gün davam edən tətil məktəbəhazırlıq qruplarına da şamil olunur.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-si olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью