Məktəblərdə şagird davranış qaydaları tətbiq olunmalıdır AÇIQLAMA | Icma.az
Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Məktəblərdə şagird davranış qaydaları tətbiq olunmalıdır" - AÇIQLAMA Sosial şəbəkələrdə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb.
Məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı bildirilib.
Bəs görəsən məktəbdə baş verən bu hadisələrin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib: "Hələ sentyabr ayından mən şəxsən bildirmişəm ki, bütün məktəblərimizdə şagird sayından, paytaxt və regionda yerləşməsindən asılı olmayaraq şagird davranış qaydaları artıq özünün bütün maddələri ilə tətbiq olunmalıdır.
Bu tədris ilinin əvvəlindən bəri bu cür hadisələr baş verməkdə davam edir.
Bu hadisələrin arasında şagirdlərin bir-birini bıçaqlama halları da az deyil.
Təxminən 2 həftə əvvəl rəsmi şəkildə bildirmişik ki, bizdə şagird qaydaları bütün məktəblərdə tətbiq olunacaq.
Tam oxu
Xəbəri oxu