Məktəblərdə şagirdlərə yalandan yüksək qiymət yazılır? AÇIQLAMA | Icma.az
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tam orta məktəbi bütün fənlərdən “5” qiymətlə bitirən məzunların yalnız 43,30 faizi attestat qiymətlərini doğrulda bilib.
Bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi nəşr etdiyi "Abituriyent 12" jurnalında dərc olunub.
Maraqlıdır, bunun əsas səbəbləri nələrdir? Məktəblərdə şagirdlərə yalandan artıq qiymət yazılır?
News24.az bildirir ki, mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib.
O bildirib ki, "5" alan şagirdlərin qiymətlərini doğrulda bilməməsinin bir neçə səbəbi var:"Birinci növbədə məktəbdə düzgün qiymətləndirmə mexanizminin və üsullarının olmamasıdır.
Hazırda şagirdlərin məktəbdaxili qiymətləndirilməsi kiçik və böyük summativlər əsasında həyata keçirilir.
Bu summativlər də demək olar ki, 99 faizi test vasitəsilə aparılır".Ekspert qeyd edib ki, əksər hallarda summativlərin sualları əvvəlcədən şagirdlərdə olur:"Bəzən müəllimlərin, bəzən də məktəb rəhbərliyi tərəfindən keçirilən summativlərin suallarının məzmunu şagirdlərə öncədən məlum olur.
Tam oxu
Xəbəri oxu