Məktəblərdə süni intellekt tədris olunacaq? Nazir CAVABLADI

30.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəblərdə şagirdlərə süni intellektin öyrədilməsi asan deyil. 

Modern.az xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanda 1,5 milyona yaxın şagirdin təlim-tərbiyəsi ilə 150 mindən çox təhsil işçisi məşğul olur. Onun sözlərinə görə, belə genişmiqyaslı təhsil sistemində şagirdlərə süni intellektin incəliklərini öyrətmək asan başa gəlmir və bunun üçün ilk növbədə sözügedən sahəni dərindən bilən müəllim heyəti formalaşdırılmalıdır.

Emin Əmrullayev rəqəmsal transformasiyanın mahiyyətinə də toxunub:
“Məsələ sadəcə həmin tədrisi təşkil etməkdən çox, bütövlükdə o təhsil sisteminə keçid etməkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью