Məktəblərdə təhlükəsizlik qaydaları sərtləşdirilə bilər AÇIQLAMA

03.06.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Son dövrlərdə Türkiyədə təhsil müəssisələrində kriminal və etik davranışdan kənar hallar daha çox yaşanır. Təbii ki, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyədə yeni təhülkəsizlik modelinin yaradılması qərarının alınması, düşünürəm ki, vacib əhəmiyyət kəsb edir. Bizim ölkəmizdə Türkiyədə olduğu qədər hadisələr baş vermir, baş verməsini də arzulamırıq. Ümumiyyətlə, hər hansı bir xırda hadisənin belə olmaması vacibdir. Qardaş və qonşu ölkə Türkiyədə də həmçinin olmaması daha yaxşıdır. Amma indi müqayisə edəndə, Türkiyədə daha çox bu kimi hallar yaşanır".

Bu barədə Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən məktəblərdə təhlükəsizliyin artırılması məqsədilə yeni “7 pilləli məktəb təhlükəsizliyi qalxanı” modelinin hazırlanmasından danışarkən bildirdi.

O qeyd etdi ki, hazırda tədris ilinin başa çatmasına çox az müddət qalıb:

"Yəqin ki, növbəti tədris ilindən etibarən bizdə də müvafiq olaraq qərarlarda, qaydalarda bir qədər sərtləşdirmələr, o cümlədən valideyn-məktəb münasibətləri, şagird-məktəb münasibəti və eyni zamanda müəllim-şagird münasibətləri ilə bağlı müəyyən qaydalar — hansı ki, mövcuddur, həm şagirdlərin davranış qaydaları, həm müəllimlərin etik davranış qaydaları — bu qaydalarda bir qədər sərtləşdirməyə doğru hansısa müddəalar əlavə oluna bilər".

Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanda da müvafiq olaraq Türkiyə modelində qeyd olunan bəndlərə uyğun qərarlar var:

"Şagirddə, tutaq ki, hər hansı bir davranış əsaslı problem varsa, bununla bağlı psixoloji konsultasiyalar, fərdi söhbətlər aparılır. Yəni bu erkən xəbərdarlıq sistemi, demək olar ki, mövcuddur. Eyni zamanda psixoloji dəstək həyata keçirilir. Düzdür, bunu biz bölgə məktəblərinin hamısına şamil edə bilmərik, əsasən paytaxtdadır. Bölgə məktəblərində, ümumiyyətlə, psixoloji dəstək, təəssüf olsun ki, istədiyimiz səviyyədə deyil. Yəqin ki, bu istiqamətdə işlər görülər. Amma düşünürəm ki, növbəti tədris ilindən etibarən biz əsasən qurumlararası əməkdaşlıq və həmçinin təhlükəsizliklə bağlı, yəni mühafizə xidmətinin təşkili kimi məsələlərə baxmalıyıq. Belə olan halda, bu vaxta qədər baş verən hadisələrin də ən azı statistikasını aşağı sala bilərik və neqativ halların qarşısını ala bilərik".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью