Məktəblərdə telefon istifadəsi qadağan edilir? Ekspertdən ÇAĞIRIŞ | Icma.az
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Uşaqlarımızın gələcəyini təhlükəyə atan sosial şəbəkələr və nəzarətsiz telefon istifadəsi artıq ciddi bir problem olmaqdan çıxıb, böhran səviyyəsinə çatıb.
Məktəblərdə dərs zamanı telefon istifadəsi qəti qadağan edilməlidir".
Bu barədə təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında yazıb.
Ekspert qeyd edib ki, telefondan istifadə yalnız təhsil prosesini pozmur, həm də şagirdlərin zərərli məzmunlarla qarşılaşmasına şərait yaradır: "Sosial şəbəkələrdə yayılan mənəviyyatsızlıq, zorakılıq və pis vərdişlər təəssüf ki, gənc nəsli təsir altına alır.
Valideynlər bu məsələdə tam məsuliyyət daşıyır! Sosial şəbəkələrə nəzarət etmək, hətta tam qadağa tətbiq etmək artıq zərurətə çevrilib.
“Övladım bilər, özü qərar verər” yanaşması məsuliyyətsizlikdir və fəsadları ailələr üçün böyük itkilərə səbəb ola bilər.
Uşaqların nə izlədiyi, kimlərlə ünsiyyətdə olduğu diqqətlə izlənməli və təhlükəli məzmunlardan uzaq tutulmalıdır.
Tam oxu
Xəbəri oxu