Məktəblərdə terrorla mübarizə təlimləri başladı

22.04.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyanın bütün ərazisindəki məktəb, lisey və uşaq bağçalarında terrorla mübarizə üzrə təlimlərə start verilib.

"Cebheinfo.az" xəbər verir ki, təlim Rusiya Fövqəladə Hallar Nazirliyi  və Təhsil Nazirliyi tərəfindən birgə təşkil olunub.

Təlimlər uşaqlara kritik vəziyyətlərdə necə davranmalı olduqlarını öyrətməyi hədəfləyir. Tədris proqramı çərçivəsində xüsusilə yanğın, zəlzələ və terror hücumu kimi fövqəladə hallarda təxliyə və təhlükəsiz ərazilərə sığınma üsulları praktiki şəkildə nümayiş etdirilir.

Bu ilki təlimlərin ən mühüm yeniliyi isə uşaq bağçası şagirdlərinin də ilk dəfə olaraq prosesə cəlb olunmasıdır.

Bu təlimlər ölkə üzrə təşkil edilən beşinci ümumi terrorla mübarizə təlimi kimi qeyd olunur. İlk belə təlim 2023-cü ilin avqust ayında keçirilmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью