Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

"Orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən addımdır. Bunu bir məhdudiyyət kimi deyil, modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisi kimi qəbul etmək lazımdır".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı deyib. O bildirib ki, məktəb hər toxunulmaz elm məbədi kimi qalmalıdır:

"Yetkinlik yaşına çatan hər kəs öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirə bilər. Lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalıdır. Məktəbli partası arxasında hər hansı açıq saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbul edilmir. Vahid məktəbli forması məhz bu bərabər başlanğıcın təməli olmalı, valideynin sosial imkanlarını, dünyagörüşünü sərgiləməməlidir. pizza mizza

Şagird zəkası, elmi marağı və fərdi istedad və bacarıqları ilə dəyər qazanmalıdır. Düşünürəm ki, həm valideynlərlə, həm şagirdlərlə bu istiqamətdə maarifləndirici söhbətlərin  aparılması labüddür".

Qeyd edək ki, Nazirlər Kabineti ötən həftə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.“Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью