Məktəblərdə yayılan “Honkonq qripi”dir? Həkim AÇIQLADI

16.12.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

""Honkonq qripi" mövsüm qripi adlandırılır. Mövsümi olaraq keçid dövründə olan bir prosesdir. Bu qrip sıx nəqliyyat vasitələrində, yəni metroda, avtobusda yayılma ehtimalı daha çox olan, məktəblərdə daha çox yayılan bir proses kimi qiymətləndirilir. A(H3N2) bu, virusun kodudur".

Bu barədə Redaktor.az-a həkim-terapevt Günay Lətifova "Honkonq qripi"nin nə olmaslndan və simptomlarından danışarkən bildirdi.

Onun sözlərinə görə, bu virus koronavirusla da bənzəyir.

"Ancaq analizdən sonra tam vəziyyəti müəyyənləşdirmək olar. Simptomlar: baş ağrısı, ürəkbulanması, quru və bəlğəmli öskürək, hərarətin qalxmasıdır.

İstər əyləşilən yer, istərsə də insanın özünün şəxsi gigiyenası vacib nüanslardan biridir. İnsan özünü narahat hiss etdikdə dərhal ona müdaxilə olunmalıdır. Təbii ki, özbaşına müdaxilədən söhbət getmir. Həkim müşahidəsi altında olan müdaxilələrdən söhbət gedir. O zaman təhlükəsiz bir hala çevrilə bilər. Təbii ki, bütün viruslar növündən asılı olmayaraq, zamanında üzərinə düşülmədikdə daha ciddi fəsadlarla və daha ağır proseslə sonlana bilər", - deyə terapevt vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью