Məktəblərdə yeni metodik xidmət strukturu müəyyən edilib

06.02.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 fevral, AZƏRTAC

2026-cı ilin sonuna qədər 1000 məktəbdə metodik fəaliyyətin təşkili və hər bir regionda metodik dəstək qruplarının formalaşdırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, yeni modelə əsasən, metodik xidmət strukturu səviyyələrdən ibarət olacaq:

- Metodik Dəstək Mərkəzi – ümumi koordinasiya və strateji inkişaf mərkəzi

- Ölkə səviyyəli metodistlər (baş metodistlər) – milli səviyyədə təhsilin keyfiyyətinin artırılmasına dəstək verəcək;

- Region səviyyəli metodistlər (aparıcı metodistlər) – bölgələr üzrə metodik işlərin təşkili və icrasına nəzarət edəcək;

- Məktəb səviyyəli metodistlər (metodistlər) – məktəblərdə müəllimlərin metodik inkişafına və tədris keyfiyyətinin yüksəldilməsinə cavabdeh olacaq.

Nazir bu addımların təhsil sistemində müəllimlərin metodik dəstəklənməsini gücləndirəcək və şagirdlərin daha keyfiyyətli təhsil almasına şərait yaradacağını söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью