Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

09.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinə hazırlıqla əlaqədar Pedaqoji şura iclasları keçirilir.

İdarədən AZƏRTAC-a bildirilib ki, iclasların keçirilməsində əsas məqsəd ötən tədris ilinin nəticələrini bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir. İclasda məktəb direktorları, müavinlər və psixoloqların məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

Pedaqoji şura iclaslarında məktəbin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə mövcud vəziyyəti nəzərdən keçirilir, təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunur. Həmçinin məktəbdə təhlükəsiz və sağlam təlim mühitinin təmin edilməsi, şagirdlərin davranışına və davamiyyətinə nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış prinsiplərinə riayət etməsi, psixoloji xidmətin səmərəli təşkili, eləcə də müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması kimi məsələlərə diqqət yetirilir, pedaqoji kollektiv üzvlərinin təklif və rəyləri dinlənilir, onları maraqlandıran suallar cavablandırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью