Məktəblərə gül və hədiyyə QADAĞASI

10.06.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin iyunun 14-də keçirilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı var.

“Cebheinfo.az” xəbər verir ki, artıq Elm və Təhsil Nazirliyindən məktəblərə xüsusi təlimat göndərilib. Təlimata əsasən, məktəblərdə son zəng tədbirləri 10.00-12.00 arasında davam etməlidir. 

Sinifərin bəzədilməsi üçün valideynlərdən pul toplanması, eləcə də müəllimlərə, məktəb rəhbərliyin gül dəstəsi, hədiyyə təqdim olunması qadağan edilib.Bununla bağlı artıq məktəblərdə valideynlərin məlumalandırllması üçün iclaslar keçirilir. 

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Məktəb son zəng hədiyyə qadağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью