Məktəblərə hücumlar təşkil edən altı nəfər SAXLANILDI

15.05.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiyanın beş şəhərində hücumlar hazırlayan altı nəfər saxlanılıb.

Bakupost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.

Onların Moskva və Tümendəki təhsil müəssisələrinə hücumların, Kemerovo və Rostovda zorakı aksiyaların hazırlanmasında iştirak etdikləri bildirilir.

"Güc strukturları 81 regionda gənclər arasında zorakılıq, kütləvi qətl və intihar ideologiyasının yayılmasının qarşısını almaq üçün tədbirlər keçirib. “Telegram”da neonasist və terror ideologiyasını yayan 57 kanal və çat administratorunun fəaliyyəti dayandırılıb", - qurumdan qeyd ediblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью