Məktəblərin təmirinə 4 milyona yaxın vəsait xərclənəcək

26.12.2024

Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinə 3.870.315,35 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.

Tenderin qalibi isə "AR GROUP İNŞAAT" MMC-dir. 

Bundan əvvəl baş nazir Milli Məclisdə çıxışı zamanı bildirib ki, növbəti il 123 məktəbin əsaslı təmiri nəzərdə tutulub. 
Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq.
2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb.
Gülnar 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью