Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ildə Formula 1 Azərbaycan Qran-prisi zamanı yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Agentliyin açıqlamasında bildirilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində dərslər ənənəvi formada deyil, onlayn keçiriləcək. Sezar pizza
Qeyd olunub ki, bununla bağlı məktəb rəhbərliklərinə və valideynlərə əvvəlcədən məlumat veriləcək.