Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Fransada uşaqları daşıyan məktəbli avtobusu ağaca çırpılıb, hadisə nəticəsində iki nəfər həyatını itirib.
Avtosfer.az xəbər verir ki, dəhşətli qəza noyabrın 6-da səhər saatlarında İsveçrə sərhədi yaxınlığındakı Lan kommunasında baş verib.
Lion - Burk-an-Bres marşrutu üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb və ağaca çırpılıb.
Hadisə zamanı avtobusda 15-i uşaq olmaqla ümumilikdə 43 nəfər olub. Qəza nəticəsində bir gənc və bir uşaq dünyasını dəyişib, daha 16 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nün vəziyyəti kritik qiymətləndirilir. Ağır xəsarət alanların təxliyəsi üçün əraziyə tibbi helikopterlər cəlb olunub. Hazırda faciənin başvermə səbəbləri araşdırılır.