Məktəbli avtobusu qəzaya uğrayıb, çoxlu sayda yaralı var

06.05.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Yaponiyada məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Yaponiyanın Fukuşima prefekturasında qeydə alınıb.
Məktəbliləri daşıyan mikroavtobus da daxil olmaqla bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Polisin məlumatına görə, hadisə İnavaşiro kəndi yaxınlığında olub. Hadisə zamanı bir şagird ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin baş vermə səbəbi araşdırılır.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью