Məktəbli dərs zamanı müəlliminin burnunu sındırdı

08.12.2024

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kovernino kəndində 9-cu sinif şagirdi ingilis dili dərsi zamanı müəlliminin burnunu sındırıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Nijni Novqorod vilayətinin Əmək Müfəttişliyi öz saytında məlumat yayıb.

Qeyd olunur ki, hadisə dekabrın 5-də baş verib. Rusiyalı məktəbli ilə müəllim arasında münaqişənin səbəbi məlum deyil. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və ona beyin silkələnməsi və burnunun qapalı sınığı diaqnozu qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью