Məktəbli faciəvi şəkildə öldü

20.11.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Demokrat.az  APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Renault" markalı avtomobil yolu keçən 10-cu sinif şagirdini vurub.
Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью