Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ

21.08.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki,valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью