Icma.az bildirir, Olke.az portalına istinadən. Bakıda məktəbli qızın ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib.
Ölkə.az xəbər verir ki, Musavat.com-un xəbərinə görə, hadisə Binəqədi rayonu, Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönən hissədə baş verib.
33 saylı marşrut xəttində sürücü işləyən A.Məmmədzadə piyada xəttində Leyla Qurbanlını vurub.
Məktəbli Leylanın yanında bacısı Zəhra da olub. Onlar birlikdə yolu keçirmişlər. Leyla bir addım öndə olduğu üçün avtobus onu vurub.
Leyla yerə yıxılan zaman avtobus onun üstündən keçib. Yaxınlıqda olan taksi sürücüsü Leyla və bacısını “İstanbul NS” klinikasına çatdırıb.
Lakin klinikadan bildiriblər ki, lazımi ləvazimatlar olmadığı üçün xəstəyə müdaxilə edə bilməzlər.
Sonra Leylanı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü deyib ki, piyada avtobusun orta hissəsinə çırpıldığı üçün onu görməyib: “Bütün sürücülər bilir ki, ora kor nöqtədir.