Icma.az bildirir, Yenisabah portalına istinadən.
Sumqayıtda məktəbli qız küçədə döyülüb.
"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb.
18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticədə yeniyetmə qız zərbənin təsirindən yerə yıxılaraq, xəsarətlər alıb və hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Toyuqlu pizza
Faktla bağlı S.Musayev saxlanılıb və barəsində cinayət işi açılıb.
Məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib. Həmçinin orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan Mahirə də Samirə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Musayev məsuliyyətdən azad olunub.