Məktəbli qızların xoşagəlməz görüntüləri yayılır Valideynlərə XƏBƏRDARLIQ

26.01.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə Türkiyədə şagirdlərin süni intellekt vasitəsilə həmyaşıdlarının uyğunsuz fotolarını hazırlaması məsələsi gündəmə gəlib. Bu səbəbdən Türkiyə hökuməti 15 yaşdan kiçik uşaqlara süni intellektdən istifadəni qismən məhdudlaşdırmağı planlaşdırır. Digər tərəfdən, Qazaxıstan sosial şəbəkələrə girişə qadağa tətbiq edib.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tam qadağa tətbiq etmək əksər hallarda səmərəli deyil və ağıllı məhdudiyyətlər daha məqsədəuyğundur.
“Bir tərəfdən, Türkiyədə baş verən hallar real təhlükəni göstərir, süni intellektlə saxta fotoların hazırlanması uşaqların psixologiyasına zərər vurur, zorakılıq və şantaj riskini artırır, şəxsi həyatın toxunmazlığını pozur. Dövlətin ‘heç nə olmamış kimi’ davranması düzgün olmazdı. Amma tam qadağa gizli və nəzərsiz istifadəyə yol açır və uşaqların rəqəmsal savad qazanmasını əngəlləyir”, — deyə ekspert bildirib.
O vurğulayıb ki, balanslı yanaşma mümkündür:
“Azyaşlılar üçün bəzi süni intellekt proqramlarına yaşa uyğun məhdudiyyətlər qoymaq olar. Məsələn, 15 yaşa qədər bəzi proqramlara giriş qadağan edilə bilər, valideynlər isə filtr sistemi ilə uşaqların istifadəsini nəzarətdə saxlayar. Məktəblərdə rəqəmsal etik davranış dərsləri və tədqiqatları keçirilməlidir ki, şagirdlər hüquqi məsuliyyət və etik qaydaları öyrənsinlər. Sosial şəbəkələrə tam qadağa uzunmüddətli həll deyil, əsas problem onun nəzarətsiz istifadəsidir”.
Rizvan Fikrətoğlu əlavə edib:
“Texnologiyanı ‘demonizasiya’ etmək yox, düzgün yönləndirmək lazımdır ki, uşaqlar onu yaradıcı və tədris məqsədli şəkildə istifadə etsin. Valideyn və məktəb nəzarəti, həmçinin maarifləndirmə tədbirləri bu istiqamətdə həyati əhəmiyyət daşıyır”.
Qeyd edək ki, süni intellektin təhlükəli istifadəsi ilə bağlı balanslı məhdudiyyət və təhsil tədbirləri uşaqların rəqəmsal savadını artırmaq və onları qorumaq baxımından vacibdir.
Əfsanə Kamal 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью