Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı VİDEO

29.09.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində piyadaların təhlükəli hərəkəti kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 22-də saat 15:17 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, məktəbli oğlan valideyni ilə birlikdə hərəkətdə olan avtomobillərə məhəl qoymadan yolu keçməyə cəhd edib. Üstəlik onlar piyada keçidinin olmadığı hissədən qaçaraq yolu keçiblər.

Bu zaman həm özlərini, həm də görüntünü qeydə alan avtomobilin sürücüsünü təhlükəyə atıblar.

Qeyd edək ki, valideynlər azyaşlılara yol hərəkəti qaydalarını erkən yaşlarından izah etməli, yolu yalnız piyada keçidlərindən və təhlükəsiz keçidlərdən istifadə etməklə keçməyin vacibliyini aşılamalıdırlar. Uşaqların yanında böyüklərin özlərinin də qaydalara əməl etməsi vacibdir. Çünki azyaşlılar yol davranışını ilk növbədə böyüklərin nümunəsindən öyrənirlər.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227395.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью