Məktəbli yoldaşını yaralayan şagird saxlanıldı KONKRET

04.12.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məktəbli yoldaşını yaralayan şagird saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, əməli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью