Məktəblilər belə oturmalıdır Ortopeddən VACİB XƏBƏRDARLIQ

09.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Düzgün oturuş qaydaları çox əhəmiyyətlidir. Belə ki, məktəbli uşaqlar həyatlarının böyük bir hissəsini oturaraq keçirdikləri üçün bu qaydalara düzgün əməl edilmədikdə dayaq-hərəkət aparatında müəyyən problemlər yarana bilər".

Redaktor.az xəbər veriri ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev dedi.

O vurğuladı ki, məktəbli uşaqlarda düzgün oturuş zamanı 90 dərəcə qaydasına əməl edilməlidir:

"Belə ki, uşaq oturan zaman bel nahiyəsi stulun arxasına tam söykənməli, çanaq və diz oynaqları 90 dərəcə bükülü vəziyyətdə olmalı, ayaqlar isə yerə tam basmalıdır. Ayaqlar havada qalmamalıdır. Düzgün oturuş qaydası belədir. Həmçinin uşağın stol ilə stul arasındakı məsafəsi də çox əhəmiyyətlidir. Bu məsafə çox uzaq olmamalıdır. Düzgün oturuş zamanı edilən səhvlərə ayağı ayağın üstünə qoyaraq oturmaq, yana əyilərək oturmaq və yazı yazarkən və ya dərs oxuyarkən bədənin əyri vəziyyətdə olması daxildir. Həmçinin uşağın ayaqları mütləq yerə dəyməlidir, havada qalmamalıdır. Uşağın boynu da bükülməməlidir".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью