Məktəblilər dəhşətli qəzaya uğradı 7 yaralı

26.04.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 7 nəfər (2 qadın cinsli, 5 kişi cinsli) TƏBİB-in tabeli tibb müəssisələrinə təxliyə olunub.


Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 6 nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir. Xəsarət alan 1 nəfər isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyilib.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verib. "Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью