Məktəblilər parkda insan qalıqları AŞKARLADI

05.10.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Nyu-York ştatında yerləşən Plandome Pond Parkında insan qalıqları aşkarlanıb.

Redaktor.az xəbər verir ki, "ABC7"nin məlumatına görə, skelet qaçış zamanı məktəblilər tərəfindən parkın dəmir yolu relslərinin yaxınlığında, ucqar ərazidə tapılıb.

Hadisə barədə dərhal polisə məlumat verilib. Hüquq-mühafizə orqanları araşdırma aparmaq üçün parkı bağlayıb.

Polis qalıqların ötən ilin dekabrından itkin düşən yaşlı qadına aid ola biləcəyini ehtimal edir. Qadının sonuncu dəfə qalıqların tapıldığı ərazidən təxminən 6 kilometr məsafədə görüldüyü bildirilib.

Qalıqların kimə aid olduğu və ölüm səbəbi araşdırılır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью