Məktəblilər peşəkar səhnədə

19.03.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 mart, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə yurdum mənim” tamaşası təqdim olunub. Tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş edilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tamaşanın hazırlanmasında əsas məqsəd gənc nəslin soykökümüzə, adət-ənənələrimizə bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasından, şagirdlərin milli kimliyə bağlılığını artırmaqdan, keçmişdən gələn dəyərləri qoruyaraq gələcəyə inamla addımlamağın vacibliyini aşılamaqdan, Azərbaycan xalqının dövlətçilik ənənələrinin, elm və ədəbiyyat sahəsində qazandığı nailiyyətlərin gənc nəslə çatdırılmasından ibarətdir. Səhnə əsəri, həmçinin gənc nəslin milli kimlik, dövlətçilik ideyalarına bağlılığını nümayiş etdirmək və onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью