Operativ MM saytına istinadən Icma.az xəbər verir. Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı il
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıq
Hakatonda iştirak üçün qeydiyyat codehour.edu.az saytı üzərindən aparılır.
İlkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanacaqlar.
Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılacaq.
Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər.
III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək.