Məktəblilərdə onurğa əyriliyi təhlükəsi: Bu əlamətlərə diqqət

27.08.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Məktəblilərdə ən çox diqqət etməli olduğumuz məsələlərdən biri onurğa əyrilikləridir. Xüsusilə də boy atan dövrdə uşaqlar parta arxasında düzgün oturmurlarsa, yazı yazanda əyri otururlarsa, onlarda onurğa əyrilikləri çox görünür".

Redaktor.az xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova sosial media hesabındakı paylaşımında deyib.

Onun sözlərinə görə, düzgün oturma qaydalarına riayət olunması onurğa əyriliklərinin ciddi şəkildə qarşısını alır:

"Amma əgər uşaqda onurğa əyriliyi hiss edirsinizsə, davamlı olaraq əyri oturursa, boynunu əyri tutursa, yeriyəndə kürəyini qatlayaraq yeriyirsə, bunu boş buraxmayıb, mütləq onurğa əyriliyinin olub-olmamasına diqqət yetirmək lazımdır. Çünki bu mərhələdə onurğa əyriliyinin qarşısını almaq, əgər əyrilik artıq başlayıbsa, onun inkişafının qarşısını alaraq tamamilə aradan qaldırmaq mümkündür ki, gələcəkdə qaməti düz olsun".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью