Məktəbliləri daşıyan avtobus qəzaya uğradı, yaralılar var

17.12.2024

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türkiyədə məktəb şagirdlərini daşıyan avtobusun iştirakı ilə yol qəza hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Samsunda qeydə alınıb. Belə ki, ası çəkilən şəhərdə avtobus və minik avtomobili toqquşub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 9-u məktəbli olub.
Qəza ilə bağlı yerli qurumların yaydığı məlumatda bildirilib ki, hadisə zamanı avtobus sürücüsü, nəqliyyat vasitəsində olan zabit və 9 şagird yaralanıb.
Şəhərdəki xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.
Mehman Mehdiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью