Məktəbliləri süni intellekt qiymətləndirəcək Açıqlama

05.10.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib ki, süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər.

"Bakupost" xəbər verir ki, bu barədə Demokrat.az-a təhsil eksperti Elçin Əfəndi danışıb.

Onun sözlərinə görə, Elm və Təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, qarşıdakı dövr ərzində biz süni intellektin düzgün istifadəsi nəticəsində şagirdlərin qiymətləndirilməsində də bundan istifadə edəcəyik:

"Məsələn, şagirdlərin qiymətləndirilməsi zamanı istər monitorinq qiymətləndirməsi olsun, istər buraxılış imtahanlarının qiymətləndirilməsi, istərsə də məktəbdaxili summativ, formativ və digər qiymətləndirmələrdə məhz süni intellektə təqdim olunan meyarlar əsasında və yaxud süni intellektin özünün qəbul etdiyi qərarlar əsasında şagirdlərin qiymətləndirilməsini həyata keçirmək mümkün olacaq. Təbii ki, bunu uşaqların geriləməsi aspekti kimi deməzdim. Çünki uşağın geriləməsi birbaşa onun hazırlığından asılıdır. Dərslərə necə hazırlaşır və yaxud müvafiq imtahanlara necə hazırlaşır. Süni intellekt qiymətləndirdiyi zaman bu, geriləməyə təsir etmir".

Elçin Əfəndi əlavə edib ki, şagirdin süni intellekt tətbiqlərindən istifadəsinə bu, onun müəyyən qədər geriləməsinə təsir göstərə bilər:

"Bizim üçün vacib olan amil ondan ibarətdir ki, şagird təkcə süni intellektdən deyil, müvafiq dərsliklərdən də bilik və bacarıqlarını formalaşdırmalıdır. Yalnız çətinlik çəkdiyi mövzularda süni intellektin verdiyi imkanlardan faydalanmalıdır. Əgər bunun balansı qorunmazsa, daha çox süni intellektin verdiyi bilik və bacarıqlara üstünlük verilərsə, bu, əlbəttə, şagirdin bilik və bacarıqlarının mükəmməl formada formalaşmasına mənfi, əks təsir göstərə bilər. Amma qiymətləndirmə prinsipini tətbiq etdiyimiz zaman biz həm də müəllimlərin müəyyən qədər dərs yükünü azaltmış oluruq. O baxımdan ki, artıq süni intellekt, müvafiq tətbiq müəllimin köməkçisi funksiyasını yerinə yetirəcək və qiymətləndirməni həyata keçirə biləcəksə, bu, müəllimin işinin bir qədər asanlaşdırılması deməkdir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью