Məktəblilərin olimpiadasında ilk finalçılar bəlli oldu FOTO

21.06.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında ilk finalçılar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, yarış Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman zalında müxtəlif şəhər və rayonlarından 168 güləşçi mübarizə aparıb.

Yarışın ilk günündə sərbəst güləş üzrə beş çəkidə finalçılar bəlli olub.

38 kq
Nihad Qarayev (Lənkəran) – Məhəmməd Həsənli (Sumqayıt)

44 kq
Lətif Hüseynzadə (Qobustan) – Abbas Hüsüzadə (Qax, ROİL)

52 kq
Əli Rəcəbov (Gəncə,Təhsil-1) – Nadim Allahyarov (Qobustan)

62 kq
Hüseyn Rəhimli (Qəbələ) – İsmayıl Əlizadə (Gəncə,Təhsil-1)

75 kq
İbrahim Məmmədov (Ağstafa) – Elvin Qurbanlı (ROİL)

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью