Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrində payız tətilindən sonra ilk dərs günüdür.
Bizim.Media xəbər verir ki, 2026-2027-ci tədris ili üzrə noyabrın 16-da başlayan beşgünlük payız tətili noyabrın 20-də başa çatıb. Tətil günləri məktəbəhazırlıq qruplarına da şamil edilib.
Dərslərin bərpa olunacağı tarix isə məktəblərin iş həftəsindən asılidır və bu gün altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dərslər başlayıb.
Beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə ilk dərs günü noyabrın 23-nə, bazar ertəsinə təsadüf edəcək.
Qeyd edək ki, payız tətilinin müddəti və dərslərin başlama tarixi Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına uyğun müəyyən edilib.
Fəridə, Bizim.Media