Məktəblilərin qış tətilinin vaxtı və müddəti açıqlandı 5 gün

06.01.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Məktəblilərin qış tətilinin vaxtı və müddəti açıqlanıb.

Mia.az xəbər verir ki, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonrakı günlər şənbə və bazara düşdüyünə görə ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 3-nə təsadüf edir.

Qeyd edək ki, hər il bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью