Məktəblilərin savadlılığı aşağı DÜŞÜR

19.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropanın təhsil sahəsində qabaqcıl ölkələrində şagirdlərin bilik və bacarıq səviyyəsi ciddi şəkildə aşağı düşüb.

"Cebheinfo.az" xəbər verir ki, Fransa, Almaniya, Niderland və Finlandiyada 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçən “Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı”nın (PISA) nəticələri tarixi geriləmə göstərib. Bu nəticələr təhsil üzrə ekspertlər arasında narahatlıq yaradıb.
Son PISA hesabatında məktəbdə öyrənilən biliklərin gündəlik həyatda tətbiq edilməsi bacarığı da qiymətləndirilib.

Məlumata görə, sözügedən ölkələrdə əsas oxu-yazı və riyazi bacarıqlara malik olmayan gənclərin nisbəti təxminən üçdə birə çatıb. Böyük Britaniya isə bu ümumi geriləmə tendensiyasından kənarda qalıb.

Sənəddə Avropada təhsil göstəricilərinin aşağı düşməsinin yalnız pandemiya dövründə yaranan öyrənmə itkiləri ilə izah edilə bilməyəcəyi vurğulanıb.
Mütəxəssislər problemin xroniki müəllim çatışmazlığı, tədris proqramlarındakı problemlər və smartfonların şagirdlərin diqqətinə təsiri kimi amillərlə də bağlı olduğunu bildirirlər.

Ölkələr üzrə nəticələrə baxdıqda, Almaniyada təhsil göstəricilərinin ailələrin sosial-iqtisadi vəziyyəti ilə əlaqəsi yenidən diqqət çəkib.

Xüsusilə aşağı gəlirli ailələrdən olan uşaqlar arasında uğursuzluq göstəricisinin artdığı qeyd olunub.

Niderlandda isə oxu bacarıqları üzrə nəticələrdə tarixi geriləmə qeydə alınıb. Ölkədə gənclərin üçdə birindən çoxunun gündəlik həyatda zəruri olan əsas bacarıqlara malik olmadığı bildirilir. Ekspertlər bu vəziyyəti artıq struktur xarakterli problem kimi qiymətləndirirlər.   

Finlandiya və İsveçdə də təhsil göstəricilərinin aşağı düşməsi müşahidə olunub. Bunun fonunda hakimiyyət orqanları və təhsil həmkarlar ittifaqları təcili islahatların aparılmasını, həmçinin siniflərdə rəqəmsal vasitələrin yaratdığı diqqət dağınıqlığının azaldılmasını gündəmə gətiriblər.

Gülər 
"Cebheinfo.az"

Açar sözlər: Avropa təhsil

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью