News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ali məktəbə qəbul imtahanlarından sonra sevincli xəbərlərlə yanaşı, ölüm hadisələri də yaşanır.
Bəzən bir imtahan nəticəsi gənc bir insanın həyatını kökündən dəyişir.
16-17 yaşlı gəncin gələcəyini təkcə bir günün nəticəsinə bağlaması – bu vəziyyətə gətirən səbəblər nədir və məsuliyyət kimlərin üzərindədir?Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, valideynlər hər zaman övladlarının yanında olmalıdırlar:"Mən hər zaman valideynlərə bildirmişəm ki, abituriyentlərin yığdığı bal hətta yediyiniz bal övladlarınız qədər şirin deyil.
Buna görə də, siz hər zaman övladlarınızın yanında olub, onlara dəstək verməlisiniz.
İmtahanda uğursuz nəticə göstərmək, həyatın sonu demək deyil.
Əgər, kimsə bu il imtahanlardan uğur qazanmayıbsa, növbəti illərdə bunu əldə edə bilər.
Bir-iki il itirmək əvəzinə bütüv ömrü qurban vermək düzgün deyil".İmtahan suallarının çətinliyindən də danışan ekspert bildirib ki, şagirdlərin yaşları və psixoloji durumları nəzərə alınmalıdır:"Hesab edirəm ki, şagirdlərin dərs yükü də çoxdur.