Icma.az bildirir, Bakupost portalına istinadən.
Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyinin 8d sinif şagirdi Toğrul Abbaslı Fransada təşkil olunan “Hi-lingua” Beynəlxalq Dil Olimpiadasının Grand Final mərhələsində 1 qızıl və 1 gümüş qazanıb.
Bakupost.az xəbər verir ki, Toğrul Abbaslı indiyədək çoxsaylı beynəlxalq olimpiada və müsabiqələrdə medallar qazanaraq Azərbaycanı uğurla təmsil edib.