Məktəblini dağa aparıb vəhşicəsinə döydülər Araşdırma başladı

17.03.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticələnib. Şəhər məktəblərindən birinin 11-ci sinif şagirdini 4 sinif yoldaşı dağa apararaq vəhşicəsinə döyüb.

Avtosfer.az xəbər verir ki, baş vermiş hadisəni "Bizim.Media"ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.
Bildirilib ki, Şəki şəhərində məktəblinin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı martın 9-da ailə üzvlərinin müraciəti əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb.

Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью