Məktəblini maşın vurdu

14.04.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub. Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью