Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ dən AÇIQLAMA

28.10.2026

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Bakıda 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdinin dördüncü mərtəbədən yıxılaraq ölməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, qurumun məlumatına əsasən, hadisə oktyabrın 28-də baş verib.

Bildirilib ki, şagird məktəbin IV mərtəbəsinin pəncərəsindən yıxıldıqdan dərhal sonra məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb. Lakin aldığı xəsarətlər nəticəsində şagird dünyasını dəyişib.

Hadisə ilə əlaqədar şagirdin ailəsinə və müvafiq qurumlara məlumat verilib.

BŞTİ qeyd edib ki, məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью